TÜRKPA haqqında

Türk Dövlətləri Parlament Assambleyasi (TÜRKPA) 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin “Dolmabaxça Sarayı”nda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu Sazişlə təsis olunmuşdur.

29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) I. plenar iclası keçirilmişdir. Plenar iclasda TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyamnaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilmişdir.

Təsis Sazişi, İstanbul, 2008-ci il
Ev sahibi ölkə Sazişi, Bakı, 2010-cu il

Türk Dövlətləri Parlament Assambleyası müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin pozulmazlığı, hüquq bərabərliyi, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət bəslənilməsi, zor işlətməkdən və zor işlədiləcəyi ilə hədələməkdən, iqtisadi və hər hansı digər təzyiq metodlarından imtina əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, təbii ehtiyatlardan tam və səmərəli istifadə yolu ilə xalqların rifahının yüksəldilməsi, milli iqtisadiyyatların dinamik inkişaf etdirilməsi, parlament diplomatiyası sahəsində yeni uğurlara imza atılması, region və digər beynəlxalq aləmin üzvü olan ölkələrin parlamentləri və digər beynəlxalq təşkilatlar ilə yeni əlaqələrin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsini əsas məqsəd olaraq seçmişdir.

Assambleya Şurası
AZƏRBAYCAN
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Azərbaycanın TÜRKPA-dakı nümayəndə heyətinin rəhbəri
QAZAXISTAN
Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri
Qazaxıstanın TÜRKPA-dakı nümayəndə heyətinin rəhbəri
Qazaxıstan Respublikası Parlamenti Senatının Sədri
QIRĞIZISTAN
Qırğız Respublikası Joqorku Keneşinin sədri
Qırğızıstanın TÜRKPA-dakı nümayəndə heyətinin rəhbəri
TÜRKİYƏ
Türkiyə Böyük Millət Məclisinin sədri
Türkiyənin TÜRKPA-dakı nümayəndə heyətinin rəhbəri
Daimi komissiyalar
Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası

Daha ətraflı
Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası

Daha ətraflı
İqtisadi əməkdaşlıq komissiyası

Daha ətraflı
Ətraf Mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyası

Daha ətraflı
Katiblik
Baş katib
Katibliyin diplomatik heyəti