Yerlan Koşanov
KZ
Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri
Qazaxıstanın TÜRKPA-dakı nümayəndə heyətinin rəhbəri

1984-cü ildə Karaqanda Politexnik İnstitutunu, 1999-cu ildə isə Qazaxıstan Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1988-1990-cı illərdə Yerlan Koşanov fəhlə və kənd gəncləri departamentində təlimatçı işləyib. Daha sonra Qazaxıstan komsomolunun Jezkazqan vilayət komitəsinin Gənclərin sosial-iqtisadi problemləri şöbəsinin müdiri vəzifəsində çalışıb. 1990-1995-ci illərdə Cənab Koşanov Xarici iqtisadi əlaqələr üzrə Jezkazqan Regional komitəsinin baş mütəxəssisi, sonra şöbə müdiri, sonra sədr müavini və sədri olub.

1995-1999-cu illərdə Yerlan Koşanov Qazaxıstan Respublikası Parlamentinin Senatına üzv seçilib. 1999-2001-ci illərdə cənab Koşanov Qazaxıstan parlamentində hökumət nümayəndəsi vəzifəsində çalışıb. 2001-2003-cü illərdə Qazaxıstan Baş Naziri Aparatı rəhbərinin müavini, habelə Qazaxıstan parlamentində hökumət nümayəndəsi vəzifələrində çalışıb. 2003-2006-cı illərdə Yerlan Koşanov nəqliyyat və rabitə nazirinin müavini vəzifəsində çalışıb. Daha sonra 2006-2007-ci illərdə Nəqliyyat və Rabitə Nazirliyinin Mülki Aviasiya Komitəsinin sədri olub. 2007-2012-ci illərdə cənab Koşanov Baş Nazir Aparatı rəhbərinin müavini, habelə Qazaxıstan parlamentində hökumət nümayəndəsi vəzifələrində çalışıb. 2012-2017-ci illərdə Baş Nazir Aparatının rəhbəri vəzifəsində çalışıb. 2017-2019-cu illərdə Yerlan Koşanov Karaqanda vilayətinin Akimi (icra başçısı) vəzifəsində çalışıb. 2019-2022-ci illərdə cənab Koşanov Qazaxıstan Prezidentinin İcra Aparatının rəhbəri vəzifəsində çalışıb.

2022-ci il fevralın 1-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri seçilib. 2023-cü il martın 29-da Yerlan Koşanov yenidən Məclisin sədri seçilib. Cənab Koşanovun bir neçə mükafatı var: I dərəcəli “Barıs” (2021), “Parasat” (2013), “Kurmət” (2007) ordenləri və yubiley medalları. Cənab Koşanov qazax, rus və alman dillərini mükəmməl bilir.