Bakıda türk mədəni irsi konfransı keçirilib
14 mart 2024

14-15 mart 2024-cü il tarixlərində Baş katibin müavini vəzifəsini icra edən Sakı Sadıkov Bakıda ADA Universitetində “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən konfransda iştirak edib. Konfrans UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO üzrə Türkiyə Milli Komissiyası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanmasına həsr olunmuş iki günlük tədbirdə Türk Əməkdaşlıq Təşkilatının, türk dövlətlərinin UNESCO üzrə Milli Komissiyalarının, beynəlxalq təşkilatların, türk dövlətlərinin mədəniyyət nazirlikləri yanında mədəni irs üzrə idarələrinin nümayəndələri, alim və akademiklər, o cümlədən türk mədəni irsi üzrə ixtisaslaşmış ekspertlər iştirak ediblər.

Konfransda salamlama və açılış nitqləri, tematik sessiyalar və dəyirmi masa müzakirələri yer alıb. İştirakçılar türk dövlətləri arasında türk tarixi və mədəni irsinin qorunması sahəsində əməkdaşlığın və bu qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində lazımi mexanizmlərin yaradılmasında dəstəyin vacibliyini vurğulayıblar.

Konfransın açılış sessiyasında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumun sədri Derya Örs, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, o cümlədən videomüraciət vasitəsilə UNESCO Baş Konfransının prezidenti Simona-Mirela Miçulesku çıxış ediblər.

Konfransda Baş katibin müavini vəzifəsini icra edən Sakı Sadıkov da çıxış edib. Sakı Sadıkov çıxışında müasir qloballaşma dövründə türk mədəni irsinin, xüsusən də köçəri sivilizasiyanın özəyini təşkil edən və yoxa çıxmaq təhlükəsi olan adət və ənənələrin qorunub saxlanmasının və təbliğinin vacibliyini vurğulayıb. O, “Dünya Köçəri Oyunları”nı türk dünyasının köçəri xalqlarına məxsus bütün mənəvi, mədəni və tarixi ayinlərini özündə ehtiva edən genişmiqyaslı tarixi hadisə kimi qeyd edib. O, türk dünyasının birgə səylər və qarşılıqlı dəstək sayəsində bu dəyərli irsi qoruyaraq gələcək nəsillərə ötürə biləcəyini əlavə edib.

Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının türk alimi Mahmud Kaşqarinin 1072-74-cü illərdə tərtib etdiyi Bakıda türk mədəni irsi konfransı keçirilib 14-15 mart 2024-cü il tarixlərində Baş katibin müavini vəzifəsini icra edən Sakı Sadıkov Bakıda ADA Universitetində “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən konfransda iştirak edib. Konfrans UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO üzrə Türkiyə Milli Komissiyası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanmasına həsr olunmuş iki günlük tədbirdə Türk Əməkdaşlıq Təşkilatının, türk dövlətlərinin UNESCO üzrə Milli Komissiyalarının, beynəlxalq təşkilatların, türk dövlətlərinin mədəniyyət nazirlikləri yanında mədəni irs üzrə idarələrinin nümayəndələri, alim və akademiklər, o cümlədən türk mədəni irsi üzrə ixtisaslaşmış ekspertlər iştirak ediblər.

Konfransda salamlama və açılış nitqləri, tematik sessiyalar və dəyirmi masa müzakirələri yer alıb. İştirakçılar türk dövlətləri arasında türk tarixi və mədəni irsinin qorunması sahəsində əməkdaşlığın və bu qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində lazımi mexanizmlərin yaradılmasında dəstəyin vacibliyini vurğulayıblar.

Konfransın açılış sessiyasında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumun sədri Derya Örs, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, o cümlədən videomüraciət vasitəsilə UNESCO Baş Konfransının prezidenti Simona-Mirela Miçulesku çıxış ediblər.

Konfransda Baş katibin müavini vəzifəsini icra edən Sakı Sadıkov da çıxış edib. Sakı Sadıkov çıxışında müasir qloballaşma dövründə türk mədəni irsinin, xüsusən də köçəri sivilizasiyanın özəyini təşkil edən və yoxa çıxmaq təhlükəsi olan adət və ənənələrin qorunub saxlanmasının və təbliğinin vacibliyini vurğulayıb. O, “Dünya Köçəri Oyunları”nı türk dünyasının köçəri xalqlarına məxsus bütün mənəvi, mədəni və tarixi ayinlərini özündə ehtiva edən genişmiqyaslı tarixi hadisə kimi qeyd edib. O, türk dünyasının birgə səylər və qarşılıqlı dəstək sayəsində bu dəyərli irsi qoruyaraq gələcək nəsillərə ötürə biləcəyini əlavə edib.

Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının türk alimi Mahmud Kaşqarinin 1072-74-cü illərdə tərtib etdiyi "Divani lüğət it-türk" adlı türk ləhcələri toplusunun 950 illik yubileyinə həsr olunmuş sərgisi də təşkil olunub.adlı türk ləhcələri toplusunun 950 illik yubileyinə həsr olunmuş sərgisi də təşkil olunub.