TÜRKPA-nın 7-ci Plenar İclası
8 dekabr 2017
Bişkek

8 dekabr 2017-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə Joqorku Keneşin Sədri Dastanbek Jumabekovun ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının 7-ci Plenar Sessiyası keçirilmişdir.

Toplantıda Qırğızıstan Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekov, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədəov, Türkiyə Böyük Millət Məclisinin Sədri cınab İsmayıl Kahraman, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədr müavini Gülmira İsimbayeva, eləcə də müşahidəçi qismində Macarıstan Milli Assambleyasının İştvanYakab, Özbəkistan Ali Məclisinin qanunvericilik palatasının Sədr müavini Nəriman Umarovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edirdi. Özbəkistan Nümayəndə heyəti ilk dəfə olaraq TÜRKPA-nın Plenar Sessiyasında iştirak etmişdir.

Toplantıdan öncə 8 dekabrda cənab Dastanbek Jumabekov, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədəov, Türkiyə Böyük Millət Məclisinin Sədri cınab İsmayıl Kahraman, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədr müavini Gülmira İsimbayeva və TÜRKPA Baş katibi Jandos Asanov Ata Beyit Milli tarixi və xatirə kompleksini ziyarət etmişdir.

Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov TÜRKPA-nın 7-ci Plenar İclasının iştirakçıları – nümayəndə heyətlərinin başçılarını qəbul etmiş və onlara toplantıda iştirakına görə təşəkkürünü bildirmişdir.

Eyni zamanda cənab Dastanbek Jumabekov toplantı çərçivəsində nümayəndə heyətlərinin başçıları ilə ikitərəfli görüşlər keçirmişdir.

Türkdilli ölkələrin əməkdaşlıq Şurası, TÜRKSOY, Türk Akademiyası Türk dünyası Mühəndislər və Memarlar Birliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndələri toplantıda iştirak etmişdir.

Sessiyasnın əsas mövzusu “Parlamentlərdə şəffaflıq: qərarların qəbul edilməsində yeni texnologiyalar” olmuşdur. Joqorku Keneşin Sədri cənab D. Jumabekov öz çıxışında ölkənin inkişafında yüksək texnologiyaların rolunu xüsusilə vurğulamışdır.

Cənab Jumabekov Qazaxıstan Məclisinə TÜRKPA-ya Sədrliyi müddətində göstərdiyi fəaliyyətə görə təşəkkür etmişdir. Sədr qeyd etmişdir ki, Qırğız tərəfi parlamentlərarası əməkdaşlıq və dialoqun inkişaf etdirilməsində hərtərəfli fəaliyyət göstərəcəkdir. Həmçinin o Türkdilli ölkələr arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulamış və Qırğızıstan tərəfinin sədrliyi dövründə bu əlaqələrin yeni səviyyəyə çatacağına ümid etdiyini bildirmişdir.

Plenar sessiyadan öncə dörd ölkənin parlament sədrlərinin iştirakı ilə TÜRKPA Assambleya Şurasının toplantısı keçirilmişdir. Şura toplantısı zamanı TÜRKPA-ya Sədrlik Qazaxıstan Məclisindən Qırğızıstan Joqorku Keneşinə keçmişdir.

Qırğızıstan Respublikasının Joqorku Keneşinin TÜRKPA-dakı nümayəndəsi cənab Altınbek Mamayusupov TÜRKPA-nın Baş katibi seçilmişdir. Baş katibin müavinləri olaraq Fuad Ələkbərov (Azərbaycan), Naurız Aydarov (Qazaxıstan) və Ali Yıldızın (Türkiyə), eləcə də TÜRKPA Komissiya Sədrləri və Sədr müavinlərinin namizədlikləri təsdiq edilmişdir.

Plenar Sessiya Ala-Arça Bəyannaməsinin qəbul edilməsi ilə sona çatmışdır.

Eyni gündə Ala Arça Dövlət iqamətgahında Plenar Sessiyanın nəticələri ilə bağlı mətbuat konfransı keçirilmişdir. Konfransda cənab Jumabekov TÜRKPA-nın 7-ci Plenar Sessiyasının nəticələrini yüksək qiymətləndirərək, sessiyanın Bişkekdə keçirilməsinin əhəmiyyətini vurğulamışdır.

TÜRKPA-nın növbəti Plenar Sessiyası 2018-ci ilin noyabrında Türkiyədə keçiriləcəkdir.

Bəyanat