Thursday, 23 March 2023, 01:53:09 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qırğızıstan Respublikası Joqorku Keneşinin sәdri Macarıstanın Milli Assambleyasının sәdr müavini ilә görüşmüşdür

Türkdilli Ölkələrin Parlament Assambleyasının 7-ci Plenar İclası çərçivəsində, Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri Dastanbek Jumabekov Macarıstanın Milli Assambleyasının sədr müavini Istvan Yakob ilə görüşmüşdür.

TürkPA-nın 7-ci Plenar İclasında iştirakına görə Macarıstan Parlamentinin nümayəndə heyətinə minnətdarlığını bildirən sədr, Qırğızıstan Respublikası ilə Macarıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.

Öz növbəsində, İstvan Yakob TurkPA-nın plenar iclasına müşahidəçi qismində dəvətə görə Qırğızıstan Parlamentinin sədrinə təşəkkürünü bildirmiş, Macarıstanın qarşılıqlı əməkdaşlıq sahəsində Qırğızıstanın etibarlı tərəfdaşı olduğunu vurğulamışdır.