Monday, 27 March 2023, 17:09:06 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TürkPA üzv parlamentlәri Sәdrlәrinin görüşü

Qazaxıstan Respublikası Parlamenti Məclisinin və TürkPA-nın Fəaliyyətdə olan Sədri cənab Nurlan Niqmatulin, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Çınıbay Tursunbekov və Türkiyə Böyük Millət Məclisinin Sədri cənab İsmayıl Kahraman Parlamentlərarası İttifaqın Sankt-Peterburq şəhərində keçirilən 137-ci Assambleyası çərçivəsində bir araya gələrək Türkdilli ölkələrin Parlament Assambleyasının növbəti Plenar İclasının gündəliyini müzakirə etmişdir.

Tərəflər 13 oktyabrda keçirilən görüşdə 7-ci Plenar İclasın 7-8 dekabr 2017-ci ildə Bişkekdə keçirilməsi barədə razılığa gəlmişdir.

null
TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar