Wednesday, 29 March 2023, 08:25:07 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

7-ci Plenar iclasa hazırlıqlar başladı

TürkPA üzv parlamentləri cari ilin dekabr ayının 8-də Assambleyanın Bişkekdə keçirilməsi planlaşdırılan 7-ci Plenar İclasına hazırlıqlara start verdi.

Qazaxıstan Respublikası Parlamenti Məclisinin (Aşağı Palata) Sədri, TürkPA-nın Fəaliyyətdə olan Sədri cənab Nurlan Niqmatulinin təşəbbüsü ilə TürkPA-nın Baş katibi Jandos Asanov Azərbaycan Respublikasının Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Türkiyə Respublikası Böyük Millət Məclisinin Sədri cənab İsmayıl Kahraman və Qırğızıstan Joqorku Keneşinin Sədri cənab Çınıbay Tursunbekov ilə danışıqlar aparmışdır.

Danışıqlar zamanı TürkPA-nın yüksək səviyyəli toplantısının gündəliyi və proqramı ilə bağlı olan məsələlər müzakirə edilib.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar