Wednesday, 29 March 2023, 07:07:28 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Katibliyinin Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələ ilə bağlı başsağlığı mesajı

Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş və qonşu bölgələrdə də hiss olunan dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə faciəli xəbəri dərin hüzn və kədərlə almışdır.

Katiblik qardaş Türkiyə xalqının və hökumətinin kədərini bölüşür və yanında olduğunu ifadə edir.

TÜRKPA Katibliyi həyatını itirənlərə Allahdan rəhmət diləyir və yaralananların tezliklə sağlamlığına qovuşmasını arzulayır.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar