Wednesday, 29 March 2023, 07:12:07 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücumla bağlı bəyanat

Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı hücumu şiddətlə qınayır. Hücum nəticəsində Səfirliyin mühafizə xidmətinin rəisi həyatını itirmiş, iki nəfər mühafizə əməkdaşı yaralanmışdır.

TÜRKPA Katibliyi bu mənfur hücumu hərtərəfli araşdırmağa çağırır və günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümid edir.

Katiblik qardaş Azərbaycan xalqının kədərini bölüşür, Səfirliyin həyatını itirən əməkdaşının ailəsinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağlamlığına qovuşmasını arzulayır.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar