Thursday, 09 February 2023, 13:19:15 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Missiyası Qazaxıstanda erkən prezident seçkilərini müşahidə edib

20 noyabr 2022-ci il tarixində, TÜRKPA Seçki Müşahidə Missiyası (SMM) səsvermə prosesini izləmək üçün Astana və Almatı şəhərlərində bir sıra seçki məntəqələrini ziyarət etmişdir. Missiya seçki məntəqələrinin açılışından başlayaraq səslərin hesablanmasına qədər bütün mərhələlərdə səsvermə prosesini müşahidə etmişdir. Missiya səsvermənin monitorinqini aparmış, yerlərdə seçicilərlə, seçki məntəqələrinin rəsmiləri və yerli müşahidəçilərlə söhbətlər aparmışdır. Müşahidə proqramı çərçivəsində missiya üzvləri yerli və xarici KİV-lərə müsahibələr vermişdir.

Növbəti gün Missiya Astana və Almatı şəhərlərində apardığı müşahidənin ilkin nəticələrinə dair mətbuat konfransları keçirmiş və Qazaxıstan Respublikasında növbədənkənar prezident seçkilərinin milli qanunvericiliyə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlmişdir.

Noyabrın 21-də TÜRKPA SMM-nin Almatıdakı üzvləri Əl-Farabi adına Qazax Milli Universitetini də ziyarət etmiş, rektor Janseit Tuymebayevlə görüşmüşdür. Nümayəndə heyətinə Universitetin fəaliyyəti barədə məlumat verilmişdir.

BƏYANAT