Thursday, 09 February 2023, 12:56:09 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA müşahidəçiləri Qazaxıstanın Xarici İşlər Nazirinin müavini ilə görüşüb

18 noyabr 2022-ci il tarixində Hüquq məsələləri və beynəlxalq əlaqələr Komissiyasının Sədri, TBMM-nin üzvü Erol Kayanın rəhbərlik etdiyi TÜRKPA Seçki Müşahidə Missiyası öz müşahidə proqramı çərçivəsində Qazaxıstanın Xarici İşlər Nazirinin müavini Adil Tursunov ilə görüşmüşdür.

Cənab Tursunov seçkiləri mühüm siyasi proses kimi qiymətləndirərək, Missiya üzvlərinə Qazaxıstanda erkən prezident seçkilərinin müşahidəsində iştirak üçün təşəkkürünü bildirmişdir. Nazir müavini Missiyanı seçkilərə hazırlıqlarla bağlı məlumatlandırmışdır.

Missiya səsvermənin ədalətli və şəffaf keçirilməsini arzu etmişdir.