Friday, 27 January 2023, 15:45:03 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Missiyası Qazaxıstan Parlamenti Məclisin sədri ilə görüşüb

19 noyabr 2022-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin üzvü Erol Kayanın rəhbərlik etdiyi Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentariləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov ilə görüşmüşdür.

Parlamentin sədri Qazaxıstan Prezidentinin erkən seçkilərinin ölkənin yalnız demokratik əsasda gələcək inkişafını təmin edəcək siyasi proses kimi əhəmiyyətini qeyd etmişdir.

Missiya rəhbəri qazax xalqına qarşıdan gələn seçkilərdə uğurlar arzu etmiş və Qazaxıstanın sürətli inkişafının bütün region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Cənab Kaya qarşıdan gələn seçkilərin nəticələrinin ölkənin gələcək tərəqqisi və rifahına töhfə verəcəyinə ümidini ifadə etmişdir.