Thursday, 09 February 2023, 12:34:40 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Missiyası Qazaxıstan MSK sədri ilə görüşüb

17 noyabr 2022-ci il tarixində TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstanda 20 noyabr 2022-ci il tarixində keçiriləcək erkən prezident seçkilərinin qısamüddətli monitorinqini həyata keçirmək məqsədilə Astana şəhərinə səfər etmişdir. TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Erol Kayanın rəhbərlik etdiyi SMM Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentariləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarətdir.

Noyabrın 17-də Missiya Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurlan Abdirov ilə görüşmüşdür.

MSK sədri TÜRKPA müşahidəçilərinə aparılan hazırlıq işləri, bu çərçivədə seçki idarəetmə orqanlarının fəaliyyəti, erkən prezident seçkilərinin xüsusiyyətləri və seçki kampaniyasının əsas mərhələlərinə dair məlumat vermiş, həmçinin Missiya üzvlərinin suallarını cavablandırmışdır.

Missiya MSK-ya hazırlıq prosesi, eləcə də ədalətli, azad və şəffaf seçkilərin keçirilməsində uğurlar arzulamışdır.

Missiya öz müşahidə proqramı çərçivəsində rəsmilər və namizədlərin nümayəndələri ilə görüşlər keçirmiş, seçki günü Astana və Almatı şəhərlərində səsvermə prosesini müşahidə etmişdir.

Missiya noyabrın 21-də keçirilmişdir mətbuat konfransında müşahidəsinin ilkin nəticələrinə dair bəyanat təqdim edəcəkdir.