Sunday, 25 September 2022, 05:03:46 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Komissiya katibi Komissiya iclasına hazırlıq çərçivəsində Nur-Sultanda görüşlər keçirib

4-5 avqust 2022-ci il tarixində İqtisadi Əməkdaşlıq Komissiyasının katibi Baurjan Datkayev Komissiyanın Qırğızıstanda keçiriləcək növbəti iclasına hazırlıq çərçivəsində Nur-Sultan şəhərində icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüşlər keçirib.

Komissiya katibi Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədr müavini cənab Bakıtjan Slyamov ilə görüşüb. Tərəflər Komissiyanın növbəti iclasının mövzusu olan TÜRKPA regionunda tranzit dəhlizlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Cənab Datkayev, həmçinin Qazaxıstan Respublikası Milli İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti Departamentinin direktoru Erik Jambılov ilə görüşüb. Görüş zamanı TÜRKPA-nın Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş 11-ci Plenar İclasında qəbul edilən Strateji yol xəritəsinin həyata keçirilməsi üzrə birgə işin aparılmasına dair məsələlər müzakirə edilib.

Tərəflər əlaqələrin daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.