Sunday, 25 September 2022, 06:52:17 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Əlcəzairin Azərbaycandakı səfiri TÜRKPA Katibliyini ziyarət edib

13 iyul 2022-ci il tarixində Əlcəzair Xalq Demokratik Respublikasının fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmane Baş katib Mehmet Süreyya Erə nəzakət ziyarəti edib.

Baş katib Assambleya çərçivəsində görülən işlər barədə səfiri qısa olaraq məlumatlandırıb. Öz növbəsində səfirliyin fəaliyyəti barədə də məlumat verən cənab Osmane Baş katibi 14-15 sentyabr 2022-ci il tarixində Əlcəzairdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 17-ci Konfransına dəvət edib.