Sunday, 25 September 2022, 06:56:46 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Gənc Parlamentarilər Qrupu birinci iclasını keçirib

17-18 iyun 2022-ci il tarixində Nur-Sultan şəhərində Qazaxıstan Respublikası Parlamenti Məclisinin evsahibliyində Gənc Parlamentarilər Qrupunun "Texnologiya əsrində - Uşaqlar və Gənclik Türklərin gələcəyidir” mövzusunda birinci iclası keçirilib.

İclasda TÜRKPA üzv parlamentləri, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının və Qazaxıstanın AMANAT siyasi partiyasının gənc millət vəkilləri iştirak edib.

Bu çərçivədə Yerlan Koşanov, TÜRKPA-nın Fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Gənc Parlamentarilər Qrupunun birinci iclasının iştirakçılarını qəbul edib. Sədr millət vəkillərinə Qazaxıstanda həyata keçirilən sistematik dəyişikliklər haqqında məlumat verib və keçirilən referendumun əhəmiyyətini vurğulayıb.

Səfər çərçivəsində Expo 2017 beynəlxalq sərgi mərkəzi, Milli Muzey, İT akademiyası, Aljir memorialına ziyarət və Gənc deputatlar korpusu ilə panel görüşlər olub.

Gənc parlamentilər belə iclasların üzv ölkələr arasında əməkdaşlığın genişlənməsi və parlament diplomatiyasının rolunun güclənməsində müstəsna əhəmiyyətini qeyd edib.