Sunday, 25 September 2022, 05:54:13 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Missiyası Qazaxıstan Parlamenti Məclisinin sədri ilə görüşüb

2022-ci il 3 iyun tarixində Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şekerin başçılıq etdiyi, Azərbaycan, Qırğızıstan və Türkiyədən parlament üzvləri, o cümlədən TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA-nın Referendum Müşahidə Missiyası Qazaxıstanda öz işinə başlamışdır.

Missiya TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov ilə görüşmüşdür.

Parlament sədri görüşün ölkə üçün çox mühüm tarixi dövr ərəfəsində baş tutduğunu qeyd etmişdir. Cənab Koşanov referendumun beynəlxalq müşahidəsinin əhəmiyyətini qeyd etmiş və referendumun keçirilməsi zamanı TÜRKPA Missiyasının həyata keçirməkdə olduğu fəaliyyətlər üçün təşəkkürünü ifadə etmişdir.

Missiya üzvləri Konstitusiya islahatlarının ölkənin gələcək inkişafına təkan verəcəyi, qardaş Qazaxıstan xalqı və bütün türk dünyası üçün müsbət transformasiyaların başlanğıcı olacağına əminliyini ifadə etmişdir.

Görüş zamanı tərəflər Assambleya çərçivəsində parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparmışdır.