Friday, 07 October 2022, 13:29:17 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Missiyası Qazaxıstan MRK-nın sədri ilə görüşüb

2022-ci il 4 iyun tarixində TÜRKPA-nın Referendum Müşahidə Missiyası öz müşahidə proqramı çərçivəsində Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyasının (MRK) sədri Nurlan Abdirov ilə görüşüb.

MRK-nın sədri TÜRKPA müşahidəçilərini Konstitusiyaya dəyişikliklər üzrə ümumxalq referendumuna hazırlıqlar və təklif edilən dəyişikliklərin əsas xüsusiyyətləri haqqında məlumatlandırmışdır. Cənab Abdirov əlilliyi olan seçicilər üçün zəruri şəraitin təmin edilməsi məqsədilə referendum idarəetmə orqanlarının həyata keçirdiyi tədbirlər daxil olmaqla, hazırlıqların logistik və texniki aspektlərinə dair məlumat vermişdir. O, TÜRKPA müşahidəçilərinin Konstitusiyaya dəyişikliklər və referendumun keçirilməsi ilə bağlı suallarını cavablandırmışdır.

Missiya üzvləri referendumun ədalətli, sərbəst və şəffaf şəkildə keçirilməsində uğurlar arzu etmişdir.