Saturday, 24 September 2022, 19:37:09 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qadın Parlamentarilər Qrupu birinci iclasını keçirib

2 iyun 2022-ci il tarixində Qazaxıstanın Nur-Sultan şəhərində İkinci Beynəlxalq ECOJER Konqresi çərçivəsində TÜRKPA Qadın Parlamentarilər Qrupunun “TÜRKPA üzv ölkələrində dayanıqlı inkişaf siyasətində gender imkanları” mövzusunda birinci iclası keçirilib. Tədbir TÜRKPA, Qazaxıstan Respublikası Parlamenti Məclisi və ECOJER Assosiasiyası tərəfindən birgə təşkil edilib.

İclasda TÜRKPA üzv parlamentlərinin nümayəndə heyətləri, Özbəkistan Ali Məclisinin Senatı və Qanunvericilik Palatasının üzvləri, diplomatik korpusun nümayəndələri, eləcə də BMT və QHT-lərdən olan nümayəndələr iştirak etmişdir.

İclasda Qrupun rəhbəri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Ləzzət Ramazanova açılış nitqi ilə çıxış etmişdir.

Açılış mərasimindən sonra iştirakçılar mövzu üzrə çıxışlar edərək, gender məsələlərinin müzakirəsi kontekstində Qrupun əhəmiyyətini vurğulayıb.

ECOJER Konqresinin Plenar Sessiyasında mükafatlandırma mərasimi təşkil edilib və Qrupun iclasında bütün çıxış edənlər müzakirələrə verdiyi töhfəyə görə mükafatlandırılıb. ECOJER Assosiasiyası, həmçinin tədbirin təşkil edilməsi və Konqresdə iştirakına görə TÜRKPA-ya təşəkkürnamə təqdim edib.