Saturday, 24 September 2022, 19:55:01 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA müşahidəçiləri Qazaxıstan Parlamenti Senatının sədr müavini ilə görüşmüşdür

3 iyun 2022-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şekerin başçılıq etdiyi TÜRKPA Referendum Müşahidə Missiyası müşahidə proqramı çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Senatının sədr müavini Askar Şakirov ilə görüşmüşdür.

Görüşdə Şakirov TÜRKPA RMM tərəfindən referendumun müşahidə edilməsinin əhəmiyyətini vurğulamışdır. Müşahidəçilər dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən konstitusiya islahatının əsas istiqamətləri, o cümlədən bununla bağlı ümumxalq səsverməsinin keçirilməsinin önəmi haqqında ətraflı şəkildə məlumatlandırılmışdır.

Konstitusiyaya dəyişikliklərlə bağlı qarşıdan gələn referendumun Qazaxıstan xalqının tələbləri və təkliflərinə uyğun olaraq keçirilməsi də qeyd edilmişdir.

Referendumun tarixi əhəmiyyətini vurğulayan Missiya üzvləri səsvermə prosesinin nəticələrinin ölkənin gələcək rifahına töhfə verəcəyinə ümid etdiklərini bildirmişdir.