Sunday, 25 September 2022, 05:59:28 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Milli Məclisin sədri “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda konfrans iştirakçılarını qəbul edib

2022-ci il 25 may tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycan Respublikasımım Milli Məclisi, TÜRKPA və Azərbaycan Respublikasının Ombudsman Təsisatı tərəfindən “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda birgə təşkil edilmiş konfrans iştirakçılarını qəbul edib. Türk dövlətlərinin parlamentariləri və ombudsmanları, TÜRKPA-nın Baş katibi görüşdə iştirak edib.

Qonaqları salamlayan parlament sədri Milli Məclisin İnsan hüquqları komitəsi ilə əməkdaşlıq çərçivəsində keçirilən konfransın əhəmiyyətini vurğulamış, belə bir konfransın təşkil olunmasını türk dövlətlərinin insan hüquq və azadlıqlarının qorunmasına verdiyi önəmin təzahürü kimi qiymətləndirmişdir. Milli Məclisin sədri türk dövlətlərinin qurumları arasında əməkdaşlığın dövlətlərarası münasibətlərə töhfə verdiyini qeyd etmişdir.

İştirakçılar səmimi qonaqpərvərlik və tədbirə ev sahibliyinə görə Milli Məclisə minnətdarlıqlarını ifadə etmişdir. Tərəflər üzv dövlətlər arasında insan hüquqlarının qorunması sahəsində əməkdaşlıq, təcrübə və məlumat mübadiləsi kontekstində konfransın əhəmiyyətini qeyd etmiş və 24 may tarixində konfrans iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı və “2023-cü il türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərinə baş tutmuş səfərinə dair fikir mübadiləsi aparmışdır.