Sunday, 25 September 2022, 06:28:33 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

“TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda konfrans iştirakçıları Şuşa şəhərinə səfər edib

2022-ci il 24 may tarixində “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda konfransda iştirak edən türk dövlətlərinin parlamentariləri və ombudsmanları, üzv parlamentlərin, üzv dövlətlərin ombudsman təsisatları və TÜRKPA Katibliyinin nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı və “2023-cü il türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərinə səfər edib.

Qonaqlar Şuşa şəhərinin tarixi, tarixi, mədəni və dini irs, işğal dövründə dəyən zərər və şəhərdə aparılmış bərpa işləri barədə məlumatlandırılıb. Səfər zamanı qonaqlar Şuşa qala divarları, şəhər meydanı, Cıdır düzü və görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi ilə tanış olublar.

Səfər çərçivəsində, həmçinin konfrans iştirakçıları 8 ay ərzində tikilib istifadəyə verilən və “Qarabağın hava qapısı” kimi tanınan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

“TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda konfrans Azərbaycan Respublikasının Milli Məclisi, TÜRKPA və Azərbaycan Respublikasının Ombudsman Təsisatı tərəfindən 25 may tarixində Bakı şəhərində birgə təşkil olunur. Konfrans, həmçinin Azərbaycan Respublikasının Ombudsman Təsisatının 20 illiyinə həsr olunmuşdur

.