Sunday, 25 September 2022, 05:07:58 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

İqtisadi Əməkdaşlıq Komissiyası 9-cu iclasını keçirib

2022-ci il 20 may tarixində TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının “Postpandemiya iqtisadiyyatı: KOS-yə dövlət dəstəyi” mövzusunda 9-cu iclası Qazaxıstan Respublikası Parlamenti Məclisinin ev sahibliyində Nur-Sultanda keçirilib.

İclasa Komissiyanın sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Amerxan Raximjanov sədrlik edib. Müzakirə pandemiya və postpandemiya dövründə kiçik və orta biznesin dəstəklənməsi üçün həyata keçirilmiş tədbirlərlə bağlı üzv dövlətlərin təcrübəsinin öyrənilməsinə yönəlmişdir.

Komissiya müvafiq olaraq Qırğız Respublikası Joqorku Keneşinin və Komissiyanın üzvü Dastanbek Djumabekov və Komissiyanın sədri Amerxan Raximjanov tərəfindən təqdim olunmuş mövzuya dair hesabat məruzəsi və tövsiyə qərarını təsdiq edib. Sənədlər 23-24 iyun tarixlərində Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçiriləcək 11-ci plenar iclasa tədqim ediləcəkdir. Komissiya, həmçinin qarşıdan gələn beş il müddətinə iclaslarının mövzularını və Komissiya çərçivəsində hazırlanacaq model qanunların adlarını qəbul edib. Komissiyanın 10-cu iclasının Qırğız Respublikasında keçirilməsi qərara alınıb.

Komissiya üzvləri Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədr müavini Balaim Kesebayeva ilə görüş keçirib. Vitse-spiker TÜRKPA çərçivəsində əməkdaşlığın türk dünyasının yaxınlaşmasının yeni arxitekturasını formalaşdırdığını qeyd edib. Komissiya üzvləri səmimi qonaqpərvərlik üçün təşəkkür bildirərək, 2022-ci il 5 iyun tarixində Qazaxıstan Respublikasında baş tutacaq Konstitusiyaya dəyişikliklərlə bağlı qarşıdan gələn ümumxalq referendumun keçirilməsində uğurlar arzu edib.

Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı perspektivləri və bu kontekstdə parlamentlərin roluna dair fikir mübadiləsi aparmışdır.