Sunday, 25 September 2022, 05:14:46 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Katibliyi ziyarət edib

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Katibliyi ziyarət edib

20 may 2022-ci il tarixində Türkiyə Mədəniyyət və Turizm Nazirinin müavini Serdar Çam Baş katib Mehmet Süreyya Erə nəzakət ziyarəti edib.

Baş katib cənab Çamın ziyarətindən məmnunluğunu ifadə edib və minnətdarlığını bildirib.

Görüş zamanı tərəflər Qafqaz və Türk Dünyası ilə bağlı gələcəkdə mümkün birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər.