Sunday, 25 September 2022, 07:04:14 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi TBMM heyəti TÜRKPA Katibliyini ziyarət edib

17 may 2022-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop TÜRKPA Katibliyini ziyarət edib. Sədri TBMM heyəti və Türkiyənin Bakıda diplomatik nümayəndələri müşayiət ediblər.

Sədrin rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKPA-nın əməkdaşları tərəfindən qarşılanıb və Katibliyin binası ilə tanış olub.

Tərəflər Katibliyin cari işi və nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə danışıb, gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşdə Baş katib TÜRKPA-nın fəaliyyəti, o cümlədən cari ilin 23-24 iyun tarixlərində Çolpon-Atada keçiriləcək XI Plenar iclasa hazırlıqla bağlı Türkiyə Böyük Millət Məclisinin Sədrinə məlumat verib.