Saturday, 24 September 2022, 19:30:47 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Komissiya iclaslarına hazırlıq Ankaradakı görüşlərlə davam edir

27-28 aprel 2022-ci il tarixlərində İqtisadi əməkdaşlıq, Hüquq məsələləri və beynəlxalq əlaqələr Komissiyalarının qarşıdan gələn 9-cu iclaslarına hazırlıq çərçivəsində Komissiya katibləri Kunduz Rustembekova və Enes Yıldırım Ankarada görüşlər keçirmişdir.

Katibliyin nümayəndələri Türkiyə Böyük Millət Məclisinin üzvləri, İqtisadi əməkdaşlıq Komissiyasının üzvü Yaşar Karadağ və Hüquq məsələləri və beynəlxalq əlaqələr Komissiyasının üzvü cənab Yüksel Özkan ilə görüşmüşdür. Parlamentarilərə müvafiq olaraq Komissiyaların Qazaxıstan və Qırğızıstanda keçirilməsi nəzərdə tutulan 9-cu iclaslarının hazırlıq işləri və sənədlərin layihələri barəsində məlumat verilmişdir.

Türkiyə Respublikası Ticarət Nazirliyinin Ticarət araşdırmaları və risklərin idarə edilməsi Baş Müdirliyinin şöbə müdiri Burak Balkan və Müdirliyin xarici ticarət üzrə eksperti Murat Yarat ilə görüşdə tərəflər Türkiyədə Kiçik və Orta Biznesin (KOB) fəaliyyətinin dəstəklənməsi və təşviqi ilə bağlı məsələləri və nazirliyin pandemiya və postpandemiya dövründə KOBİ-lərə dəstək məqsədilə həyata keçirdiyi tədbirləri müzakirə etmişdir.

Komissiya katibləri Türkiyə Məşğulluq Agentliyi (İŞKUR) Müdirliyinin xarici əlaqələr və layihələr şöbəsinin məşğulluq mütəxəssisi Eser Erol ilə görüşmüşdür. Tərəflər əhalinin, o cümlədən kiçik və orta biznesdə məşğulluğunun təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparmışdır.

Türkiyə Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) Direktorluqlarının rəhbərləri və ekspertləri ilə keçirilən görüşlərdə Katibliyin nümayəndə heyətinə KOBİ-lərin gələcək inkişafının təmin edilməsinə yönəlmiş tədbirlər və layihələr, eləcə də pandemiya və karantindən sonra bərpa zamanı KOS-un dəstəklənməsi barəsində ətraflı məlumat verilmişdir.

KOSGEB Təchizatçıların İnkişafı Direktorluğunun Texnologiya, İnnovasiya və Yerli İstehsal Departamentinin direktoru cənab Səlim Baktır KOS-da təchizatçıların inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələr haqqında məlumat vermişdir. KOSGEB-in Araşdırma və İnkişaf və İnnovasiyalara Dəstək Müdirliyinin Texnologiya, İnnovasiya və Yerli İstehsal Departamentinin direktoru Mehmet Fatih Aydın, Türkiyədə KOBİ dəstəyinə dair araşdırmalar və yeniliklər haqqında geniş məlumat vermişdir.