Saturday, 24 September 2022, 19:29:50 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qazaxıstan parlamentinin nümayəndə heyəti azərbaycanlı həmkarları ilə görüşüb

22 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər Komissiyasının 9-cu İclası çərçivəsində Qazaxıstanlı parlamentarilər TÜRKPA Qadın Parlamentarilər Qrupunun rəhbəri Ləzzət Ramazanova (Məclis) və Komissiyanın üzvü Dinar Nuketayeva (Senat) azərbaycanlı həmkarları, Qadın Parlamentarilər Qrupunun üzvləri Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva ilə görüşmüşdür.

Azərbaycanlı parlamentarilər qonaqları səmimiyyətlə salamlamış, tərəflər Qadın Parlamentarilər Qrupunun gələcək inkişafı və fəaliyyətini müzakirə etmişdir. Görüşdə İstanbul Konvensiyası olaraq da tanınan qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə üzrə Avropa Şurasının Konvensiyası kimi beynəlxalq sənədlərin əhəmiyyəti, o cümlədən qadın sahibkarlara dəstək barədə fikir mübadiləsi aparılmışdır.

Qrupun rəhbəri xanım Ramazanova İllik Beynəlxalq ECOJER Konqresi çərçivəsində Qazaxıstanın Nur-Sultan şəhərində 2 iyun 2022-ci il tarixində keçirilməsi planlaşdırılan Qrupun qarşıdan gələn ilk iclasına hazırlıq barədə iştirakçılara məlumat vermişdir.