Sunday, 25 September 2022, 06:36:26 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Azərbaycan Ombudsmanı ilə görüşüb

2022-ci ilin 12 aprel tarixində Baş katib Mehmet Süreyya Erin başçılığı ilə TÜRKPA nümayəndə heyəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşmüşdür.

TÜRKPA nümayəndə heyətini salamlayan xanım Əliyeva ziyarəti üçün Baş katibə təşəkkürünü bildirmişdir.

Tərəflər öz qurumlarının fəaliyyətləri barədə məlumat vermiş, türk dövlətlərinin Ombudsman təsisatları arasında qarşılıqlı fəaliyyət daxil olmaqla, türk dünyasında əməkdaşlığın inkişafı haqqında fikir mübadiləsi aparmışdır.

Həmçinin tərəflər 2022-ci ilin 24 may tarixində Bakıda keçirilməsi nəzərdə tutulan, TÜRKPA üzv dövlətlərində insan hüquqlarının müdafiəsinə həsr edilmiş qarşıdan gələn konfransı müzakirə etmişdir.

Azərbaycan Respublikasının Ombudsman təsisatı 2002-ci ildə yaradılmışdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Asiya Ombudsman Assosiasiyasının İdarə Heyətinin vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Ombudsman Assosiasiyasının İdarə Heyətinin üzvüdür.