Sunday, 25 September 2022, 05:10:16 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun tanışlıq xarakterli iclası keçirilib

2022-ci ilin 11 aprel tarixində onlayn formatda TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun tanışlıq xarakterli iclası təşkil edilmişdir.

Üzv dövlətlərin, habelə Özbəkistanın qadın parlamentariləri və TÜRKPA Katibliyinin nümayəndələri iclasda iştirak etmişdir.

Qrupun rəhbəri, Qazaxıstan Parlamenti Məclisinin üzvü Ləzzət Ramazanova iclasda açılış nitqi ilə çıxış etmişdir. O, Qrupun gələcək fəaliyyətlərinə töhfə vermək əzminə görə iştirakçılara təşəkkürünü bildirərək, iclasda Özbəkistanın parlament nümayəndə heyətinin iştirakının önəmini vurğulamışdır. Qrupun rəhbəri Özbəkistanın yaxın gələcəkdə Assambleyaya qoşulacağına ümidini ifadə etmişdir. İştirakçılar Qrupun işi və gələcək fəaliyyətləri haqqında müzakirə aparmışdır.

Qrupun ilk iclasının İkinci Beynəlxalq Ekologiya Konqresi (ECOJER) çərçivəsində 2022-ci ilin 2 iyun tarixində Qazaxıstanın Nur-Sultan şəhərində keçirilməsi təklif olunmuşdur.