Saturday, 24 September 2022, 20:49:13 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Beynəlxalq Balkan Universitetinin Rektoru TÜRKPA Katibliyini ziyarət edib

11 mart 2022-ci il tarixində Beynəlxalq Balkan Universitetinin Rektoru Prof. Dr. Mehmet Dursun Erdemin başçılıq etdiyi nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət etmiş və Baş katib M. Süreyya Er ilə görüşmüşdür.

Cənab Erdem cənab Eri TÜRKPA Baş katibi olaraq vəzifəsinin icrasına başlaması münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. O, Baş katibə Universitetin fəaliyyətləri ilə bağlı qısa məlumat vermiş və gələcək birgə fəaliyyətlərin həyata keçirilməsi üçün niyyətini ifadə etmişdir. Öz növbəsində, Baş katib nəzakət ziyarəti üçün təşəkkürünü bildirmiş və Rektora fəaliyyətlərində müvəffəqiyyətlər arzu etmişdir.

Tərəflər mümkün birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmışdır.

Görüşdə cənab Erdem Baş katibə ən son nəşrlərini, o cümlədən türk dilinin Kül Tigin, Bilgə Xaqan, Tonyukuk Məngüdaşları kimi ən qədim yazılı abidələrinin araşdırıldığı “Köktürkçe” kitabını təqdim etmişdir.

Cənab Erdem dünyanın hər yerindən akademik dairələr tərəfindən tanınan beynəlxalq, resenziyalı “Turkish Studies” jurnalının qurucu Baş Redaktoru və naşiridir.