Sunday, 25 September 2022, 06:42:30 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının sədri Katibliyi ziyarət edib

10 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının sədri cənab Əhliman Əmiraslanov TÜRKPA Katibliyini ziyarət etmiş və Baş katib Mehmet Süreyya Er ilə görüşmüşdür.

Görüş zamanı cənab Əmiraslanov Komissiya çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə toxunmuşdur. Tərəflər cari ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulan Komissiyanın növbəti 7-ci iclası və Komissiya çərçivəsində təşkil olunacaq seminara hazırlıqla bağlı məsələləri müzakirə etmişdir.

Baş katib ziyarətdən məmnunluğunu ifadə edərək, cənab Əmiraslanova təşəkkürünü bildirmiş və Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etmişdir.

Tərəflər ətraf mühit və səhiyyə sahəsində türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparmışdır.