Sunday, 25 September 2022, 05:39:32 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb

1 mart 2022-ci il tarixində Baş katib Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçuya nəzakət ziyarəti etmişdir. Cənab Topçu cənab Eri TÜRKPA Baş katibi vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzu etmişdir.

Öz növbəsində, səmimi arzulara görə minnətdarlığını bildirən cənab Er üzv parlamentlər arasında qarşılıqlı əlaqələr və Assambleyanın həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir. Tərəflər Türk dövlətləri arasında əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

Milli məfkurəyə bağlı fəaliyyəti ilə tanınmış siyasi və mədəniyyət xadimi Yalçın Topçu hazırki Prezidentin baş müşaviri təyin olunana qədər Türkiyə Respublikası 63-cü Hökumətində müstəqil mədəniyyət və turizm naziri vəzifəsində işləmişdir.