Sunday, 25 September 2022, 05:58:56 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib IRCICA-nın Baş direktoru ilə görüşüb

2 mart 2022-ci il tarixində Baş katib İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) Baş direktoru, səfir prof. Dr. Mahmud Erol Kılıçı ziyarət etmişdir.

Cənab Kılıç cənab Eri TÜRKPA Baş katibi seçilməsi münasibətilə təbrik etmiş və gələcək səylərində ən xoş arzularını bildirmişdir.

Tərəflər təmsil etdikləri qurumların fəaliyyətləri barədə bir-birini məlumatlandırmış, Türk ölkələri arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmışdır.