Sunday, 25 September 2022, 05:26:12 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib TİKA-nın Prezidenti ilə görüşüb

28 fevral 2022-ci il tarixində Baş katib Mehmet Süreyya Er Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Prezidenti Serkan Kayalara nəzakət ziyarəti edib.

Cənab Kayalar Baş katibi vəzifələrinin icrasına başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətlərndə uğurlar arzu edib. Görüş zamanı tərəflər mümkün gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıb.

TİKA ilk dəfə 1992-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Orta Asiya və Qafqazda Türk dövlətlərinə texniki yardımın göstərilməsi məqsədi ilə yaradılıb. Lakin 2002-ci ildən etibarən Türkiyə hökumətinin çoxşaxəli xarici siyasətinə uyğun olaraq, yardım fəaliyyətləri Asiya, Afrika və Latın Amerikasının demək olar ki, bütün inkişaf etməkdə olan ölkələrini əhatə edəcək şəkildə genişləndirilmişdir. Bu gün TİKA 5 qitədə, 60 ölkədə yerləşən 62 Proqram Koordinasiya Ofisi vasitəsilə 150-dən çox ölkədə fəaliyyət göstərir.