Sunday, 25 September 2022, 07:01:05 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Trend İnformasiya Agentliyinin nümayəndələri Katibliyi ziyarət edib

21 fevral 2022-ci il tarixində, Trend İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov və Agentliyin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu TÜRKPA Katibliyini ziyarət edərək, Baş katib Mehmet Süreyya Er ilə görüşüb.

Cənab Hüseynov Trend İnformasiya Agentliyinin davam etməkdə olan layihələri daxil olmaqla, Agentliyin Qafqaz və Xəzər regionu, o cümlədən Mərkəzi Asiya və Avropada geniş fəaliyyətlərinə dair məlumat verib. O, xüsusən Trend İnformasiya Agentliyi və Türkiyənin "Albayrak" Media Qrupunun təşəbbüsü ilə yaradılan və türk dövlətlərinin xəbərlərini özündə birləşdirən media platforması olan "Türk Dünyası" unikal rəqəmsal layihəsinə diqqət çəkib. Məlumat verilmişdir ki, artıq türk dövlətlərinin rəsmi dövlət media agentlikləri 8 dildə fəaliyyət göstərən platformaya qoşulmuşdur.

Ziyarətdən məmnunluğunu bildirən Baş katib Türk dövlətlərinin media qurumlarının ortaq media platformasına cəlb olunması ilə bağlı Trend İnformasiya Agentliyinin təşəbbüslərini təqdir edib. Baş katib türk dövlətləri arasında media sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, platformanın uğurlu fəaliyyətinə əminliyini ifadə edib.

Tərəflər gələcək fəal əməkdaşlığa dair fikir mübadiləsi aparıb.