Sunday, 25 September 2022, 04:55:47 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türkiyənin sabiq səfiri Katibliyi ziyarət edib

16 fevral 2022-ci il tarixində Türkiyənin Azərbaycan Respublikasındakı sabiq səfiri cənab Hulusi Kılıç Katibliyi ziyarət etmiş və Baş katib Mehmet Süreyya Er ilə görüşmüşdür.

Baş katib ziyarətdən məmnunluğunu ifadə edərək, cənab Kılıça təşəkkürünü bildirmişdir. Tərəflər Türk dövlətləri arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparmışdır.

Görüşdə cənab Hulusi Kılıç Baş katibə 2021-ci ildə nəşr edilmiş Azərbaycanı Böyük Qələbəyə aparan şanlı 44 günə həsr edilən kitabını da hədiyyə etmişdir. Kitabda keçmiş səfirin Vətən müharibəsi illərində verdiyi müsahibələr və onun fikirləri ilə bağlı materiallar toplanıb.

Cənab Hulusi Kılıç 2008-2012-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. 2012-ci ildə dövlətlərarası əlaqələrin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif edilmişdir.