Sunday, 25 September 2022, 06:34:06 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib “Qarabağnamə” filminin təqdimatında iştirak edib

3 fevral 2022-ci il tarixində baş katib “Şuşa ili” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun evsahibliyində Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin istehsalı olan “Qarabağnamə” sənədli filminin təqdimat mərasimində və Azərbaycanın Xalq Rəssamı Prof. Arif Hüseynovun rəsm əsərlərindən ibarət sərgidə iştirak etmişdir.

Tədbirdə rəsmilər, diplomatik korpusların nümayəndələri, eləcə də tanınmış siyasi və ictimai xadimlər iştirak etmişdir.

Film rəssamın Qarabağın mədəni irsini nümayiş etdirən “Qarabağnamə - tarixin səhifələri” kitabına daxil edilmiş qravürlər, memarlıq nümunələri və Qarabağ Zəfərinə həsr edilmiş fotolar əsasında çəkilmişdir.