Thursday, 29 September 2022, 16:24:08 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TDMMB nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət edib

13 yanvar 2022-ci il tarixində Azərbaycana ziyarəti çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri Mücahit Demirtaşın rəhbərlik etdiyi nümayəndə heyəti Katibliyi ziyarət etmiş və diplomatik heyətlə görüşmüşdür.

Baş katibin müavini Fuad Ələkbərov nümayəndə heyətinə Assambleya çərçivəsində həyata keçirilən fəaliyyət haqqında məlumat vermişdir. Öz növbələrində TDMMB sədri Mücahit Demirtaş və Baş katibi İlyas Demirci Birliyin fəaliyyəti haqqında qısa məlumat vermiş və bundan sonra da fəal əməkdaşlığın təşviq edilməsi niyyətində olduqlarını bildirmişdir.

Görüş əsnasında tərəflər təşkilatlar arasında mümkün birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmışdır.