Thursday, 29 September 2022, 15:08:47 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qırğızıstan Parlamentinin Sədri Baş katibi qəbul edib

14 yanvar 2022-ci il tarixində Qırğızıstan Joqorku Keneşinin Sədri Talant Mamıtov Qırğızıstana rəsmi səfəri çərçivəsində baş katib Mehmet Süreyya Eri qəbul edib.

Parlament Sədri cənab Eri baş katib olaraq vəzifələrinin icrasına başlaması münasibətilə təbrik edib və onun təcrübəli bir diplomat kimi TÜRKPA üzv ölkələri arasında parlamentlərarası əlaqələrə əhəmiyyətli töhfə verəcəyinə inamını ifadə edib.

Baş katib, öz növbəsində, Sədrə təşəkkürünü bildirərək, onu yenidən Parlamentin Sədri olaraq seçilməsi münasibətilə təbrik edib.

TÜRKPA-nın Türkdilli Ölkələr üçün mühüm əhəmiyyətini vurğulayan cənab Mamıtov Qırğız tərəfinin bundan sonra da Assambleyanın fəaliyyətinə tam dəstək verəcəyini qeyd edib.

Təşkilatın cari və gələcək fəaliyyətini müzakirə edən tərəflər, eyni zamanda 2022-ci ilin ikinci yarısında Qırğızıstanda keçiriləcək 11-ci Plenar İclasa hazırlıqlarla bağlı fikir mübadiləsi aparıb.