Tuesday, 04 October 2022, 17:43:05 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Qırğız Respublikasının Milli Kitabxanasını ziyarət edib

12 yanvar 2022-ci il tarixində baş katib M. Süreyya Erin başçılığı ilə TÜRKPA nümayəndə heyəti Qırğızıstana rəsmi səfəri çərçivəsində Alikul Osmonov adına Qırğız Respublikası Milli Kitabxanasının direktor müavini Gulnara Baytakova ilə görüşmüşdür.

TÜRKPA nümayəndə heyəti Kitabxananın fəaliyyəti haqqında məlumatlandırılmış və yerləşdiyi bina ilə tanış olmuş, eləcə də Qırğız-Qazax Mədəniyyət Mərkəzi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə fəaliyyət göstərən Çingiz Aytmatov adına Qırğız-Türk Mədəniyyət Mərkəzi ilə tanış olmuşdur.

Baş katib, öz növbəsində, qardaş türk ölkələri arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verən Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov adına Mərkəzin açılışını yüksək qiymətləndirmişdir.

O, həmçinin türk əməkdaşlığının parlament ölçüsü olaraq, TÜRKPA-nın əlaqədar sahələrdə Kitabxananın fəaliyyətinə dəstək verməyə hazır olduğunu ifadə etmişdir.