Tuesday, 04 October 2022, 17:38:29 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Qırğızıstanın Xarici İşlər Naziri ilə görüşüb

14 yanvar 2022-ci il tarixində Qırğızıstanın Xarici İşlər Naziri Ruslan Kazakbayev Qırğızıstana rəsmi səfər çərçivəsində baş katibi qəbul edib.

Vəzifəsinin icrasına başlaması münasibətilə cənab Eri təbrik edən cənab Kazakbayev Türkdilli Ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində parlament diplomatiyası qurumu kimi TÜRKPA-nın mühüm rolunu qeyd edib. Nazir qardaş Özbəkistan, Türkmənistan və Macarıstan parlamentlərinin birləşməsi ilə TÜRKPA-nın genişləndirilməsinin vacibliyini də vurğulayıb.

Baş katib cənab Kazakbayevə minnətdarlığını bildirib və təşkilatın cari fəaliyyəti, eləcə də 2022-ci il üçün nəzərdə tutulan tədbirlər, o cümlədən 2022-ci ilin ikinci yarısında Qırğızıstanda keçiriləcək 11-ci Plenar İclasa hazırlıq barədə məlumat verib.