Sunday, 25 September 2022, 06:11:40 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türkdilli Ölkələrin Parlament Assambleyasının Qazaxıstanda baş verən hadisələrlə bağlı bəyanatı

Türkdilli Ölkələrin Parlament Assambleyası təşkilatın üzvü Qazaxıstan Respublikasında baş verən hadisələri diqqətlə izləyir və insan tələfatına, dövlət və şəxsi mülkiyyətə ziyan vurulmasına səbəb olan zorakılıqdan təəssüf duyur.

TÜRKPA Qazaxıstan xalqı və rəhbərliyi ilə həmrəyliyini bəyan edir və qardaş qazax xalqının çoxəsrlik müdrikliyini nəzərə alaraq tarixinin bu çətin dövrünü geridə qoyacağına tam inanır. Türk dünyasının əsas sütunlarından biri olan Qazaxıstan bu vəziyyətdən layiqincə çıxaraq, öz xalqının mənafeyi naminə dinc inkişafını davam etdirə biləcəkdir.

TÜRKPA Qazaxıstan hakimiyyətinin Almatıda və ölkənin digər böyük şəhərlərində ictimai asayişi və sabitliyi bərpa etmək imkanlarına əminliyini ifadə edir. Öz növbəsində, TÜRKPA qardaş xalqa hər cür yardım göstərməyə hər zaman hazırdır və faciəvi hadisələrdə həlak olan vətəndaşların doğmalarına və yaxınlarına başsağlığını bildirərək, bütün zərərçəkənlərə şəfa diləyir.