Saturday, 24 September 2022, 21:39:46 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Beynəlxalq Türk dili günü tədbirinə qatılıb

15 dekabr 2021-ci il tarixində Sosial, mədəni və humanitar məsələlər Komissiyasının katibi Baurjan Datkayev türk tədqiqatçısı V.Tomsenin Orxon-Yenisey kitabələrinin deşifrə edilməsi günü münasibəti ilə Pamukkale Universitetinin və Avrasiya Müəlliflər Birliyinin birgə təşkilatçılığı, YUNESKO üzrə Türkiyə Milli Komissiyasının dəstəyi ilə həyata keçirilən Türk dili gününə həsr edilmiş onlayn tədbirdə iştirak etmişdir.

Tədbirin açılış mərasimində Altay İcmaları Dil və Mədəniyyətlərinin Tədqiqat və Təcrübəsi Mərkəzinin direktoru Prof. Dr. Nərgiz Bıray, Avrasiya Yazıçılar Birliyinin sədri, Prof. Dr. Yakup Öməroğlu, YUNESKO üzrə Türkiyə Milli Komissiyasının sədri Prof. Dr. Öcal Oğuz, Türkiyənin YUNESKO üzrə Milli Komissiyasının keçmiş prezidenti Prof. Dr. Nabi Avcı və Pamukkale Universitetinin rektoru Prof. Dr. Ahmet Kutluhan çıxış etmişdir.

Tədbir çərçivəsində parlamentarilər, səfirlər, Türk əməkdaşlıq qurumlarının başçıları və nümayəndələri, türk dilşünasları,YUNESKO üzrə Milli Komissiyaları və türkdilli ölkələrin mədəniyyət xadimlərinin iştirakı ilə “Türk dili gününün elanı” na dair dəyirmi masa təşkil edilmişdir.

Beynəlxalq Türk Dili Gününün onlayn keçirilən panelində türk dilinin keçmişdə xalqların və dövlətlərin formalaşmasına təsiri və gələcəyin imkanları müzakirə edilmişdir.