Sunday, 25 September 2022, 05:08:43 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

QDİƏT PA-nın baş katibi TÜRKPA Katibliyini ziyarət edib

24 dekabr 2021-ci il tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT PA) baş katibi Asəf Hacıyev TÜRKPA Katibliyini ziyarət etmiş və baş katib Mehmet Süreyya Er ilə görüşmüşdür.

Hər iki baş katib təşkilatların fəaliyyətləri ilə bağlı bir-birini qısa olaraq məlumatlandırmış və gələcək fəal əməkdaşlığa dair əminliyini ifadə etmişdir.

Tərəflər həmçinin birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparmışdır.

TÜRKPA 2012-ci ildən QDİƏT PA-da müşahidəçi statusuna malikdir.