Saturday, 24 September 2022, 21:26:37 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib TÜRKPA-nın Komissiya sədri ilə görüşüb

21 dekabr 2021-ci il tarixində Baş katib cənab Mehmet Süreyya Er Milli Məclisin Səhiyyə Komitəsinin sədri, TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının sədri cənab Əhliman Əmiraslanov ilə görüşmüşdür.

Görüş zamanı cənab Əmiraslanov Komissiya çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, TÜRKPA Katibliyinin təşəbbüslərini müsbət qiymətləndirmiş, həmçinin gələcək layihələrə dəstəyini ifadə etmişdir. Baş katib Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etmiş və Katibliyin gələcək planları barədə məlumat vermişdir.

Tərəflər türkdilli ölkələr arasında parlamentlərarası əməkdaşlığın perspektivləri və 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparıblar.