Sunday, 25 September 2022, 06:40:44 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA İƏT Pİ-nin 16-cı Sessiyasında iştirak edib

9-10 dekabr 2021-ci il tarixində İstanbulda, Türkiyə Böyük Millət Məclisinin evsahibliyində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 16-cı Sessiyası keçirilib. Baş katibin müavini Fuad Ələkbərovun başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti müşahidəçi qismində tədbirdə iştirak edib. TÜRKPA üzv parlamentlərinin İƏT Pİ nümayəndə heyətləri də tədbirə qatılıb.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan, TBMM-nin spikeri Mustafa Şentop, İƏT Pİ-nin baş katibi Mouhammed Koraiçi Niass sessiyanın açılış mərasimində çıxış edib.

Tədbirin gündəliyinə İƏT Pİ baş katibinin hesabat məruzəsi, spikerlər, vitse-spikerkər, nümayəndə heyətlərinin rəhbərləri və müşahidəçilərin çıxışları, eləcə də İƏT Pİ-nin baş və icraedici komitələrinin digər təşkilati məsələləri daxil olmuşdur.

İclasın sonunda İstanbul bəyannaməsi qəbul edilib.

Sessiya TBMM sədri Mustafa Şentopun çıxışı ilə yekunlaşıb.