Thursday, 20 January 2022, 03:03:35 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA ATƏT-in Nazirlər Şurasında iştirak edib

Baş katib Mehmet Süreyya Er 2021-ci ilin 2-3 dekabr tarixlərində ATƏT-in İsveç sədrliyinin dəvəti ilə Stokholmda keçirilən Nazirlər Şurasının 28-ci iclasında iştirak etmişdir.

İllik iclasa ATƏT-in 57 iştirakçı ölkəsinin xarici işlər nazirləri, rəsmilər, eləcə də beynəlxalq təşkilatların nümayəndələri qatılmışdır.

ATƏT-in mərkəzi qərar qəbul edən və idarəetmə orqanı olan Nazirlər Şurası iştirakçılara təşkilatın fəaliyyətinin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, ATƏT regionunda təhlükəsizlik məsələləri ilə bağlı dialoqun gücləndirilməsi imkanı yaratmışdır.

TÜRKPA ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən qonaq beynəlxalq təşkilat qismində müntəzəm olaraq ATƏT-in Nazirlər Şurası iclaslarına dəvət olunur.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar