Monday, 17 January 2022, 04:10:14 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA-nın fəaliyyətdə olan sədri baş katibi qəbul edib

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Nur-Sultana rəsmi səfəri çərçivəsində baş katib cənab Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Məclisin sədri baş katibi vəzifəsinin icrasına başlaması münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. O, Qazaxıstanın bundan sonra da Assambleyanın fəaliyyətinə hərtərəfli dəstək verəcəyini bir daha qeyd etmişdir.

Baş katib öz növbəsində Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin Türk dünyası birliyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərinin həyata keçirilməsinin və töhfələrinin vacibliyini vurğulamışdır.

Tərəflər Türkistanda keçirilən 10-cu Plenar İclasda irəli sürülən təşəbbüslərin həyata keçirilməsini, o cümlədən regional əməkdaşlığın gücləndirilməsinə yönəlmiş 2022-2027-ci illər üçün yol xəritəsinin hazırlanmasını müzakirə etmişdir.

Nurlan Niqmatulin Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılmasının və “Türk Dünyasına Baxış 2040” sənədinin qəbulunun əhəmiyyətini qeyd etmişdir. O, həmçinin yaxın gələcəkdə Türkdilli Ölkələrin Parlament Assambleyasının adının Türk Dövlətlərinin Parlament Assambleyası adlandırılmasının vacibliyini vurğulamışdır.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar