Friday, 30 September 2022, 14:09:35 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında iştirak etdi

TÜRKPA Baş Katibi cənab Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Parlamentinin ev sahibliyi ilə 26-30 noyabr 2021-ci il tarixlərində Madriddə keçirilmiş Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və əlaqədar iclaslarda iştirak etdi.

Parlamentlərarası İttifaqın dünyanın hər yerindən olan yüzlərlə üzvü ən böyük parlamentarilər toplantısında canlı şəkildə görüşdülər. Assambleyanın əsas mövzusu demokratiyaya qarşı müasir çağırışlar: Bölünmənin aradan qaldırılması və icmanın qurulması olmuşdur.

Assambleyada TÜRKPA üzvü ölkələrindən Azərbaycan, Türkiyə və Qazaxıstanın nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin katibi cənab Muxtar Yerman iştirak etdilər. Azərbaycan Respublikası Milli Məclisinin sədri və Türkiyə Böyük Millət Məclisinin sədri Assambleyada çıxış etdilər.

Assambleya zamanı Parlamentlərarası İttifaqın orqanları və digər əlaqəli görüşlərlə yanaşı, Parlamentlərarası İttifaq və İspaniya Parlamenti onlarla ikitərəfli görüşlərin keçirilməsinə şərait yaratmışdır. Eyni zamanda, Assambleya zamanı nümayəndələr uşaqların onlayn cinsi istismarı və zorakılığı ilə mübarizə üçün dünya miqyasında qanunvericiliyə dair qətnaməni nəzərdən keçirdilər. Parlamentlərarası İttifaq üzvləri həmçinin 2022-2026-cı illər üçün yeni strategiya qəbul etdilər.

TÜRKPA 2010-cu ildən Parlamentlərarası İttifaqın fəaliyyətlərində müşahidəçi qismində iştirak edir.