Friday, 30 September 2022, 13:17:40 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA və Qazaxıstanın Birinci Prezidentinin Kitabxanası əməkdaşlıq haqqında Memorandum imzalayıblar

23 noyabr 2021-ci il tarixində baş katib Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Kitabxanasının direktoru Bakıtjan Temirbolat ilə görüşüb.

Baş katib Birinci Prezident müdrik strateq Nursultan Nazarbayevin Türk dünyasının güclənməsinə verdiyi töhfənin əhəmiyyətini vurğulayıb və təhsil, elm, tarix və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərən Kitabxana ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Tərəflər təşkilatlarının fəaliyyətləri barədə qarşılıqlı olaraq məlumat verib, gələcək birgə layihələri müzakirə ediblər.

Görüş çərçivəsində Elbası Kitabxanası ilə TÜRKPA arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Bakıtjan Temirbolat Türk xalqları arasında mədəni əlaqələrin inkişafına dair Memorandumun imzalanmasının önəmli simvolik hadisə olduğunu vurğulayıb.

TÜRKPA nümayəndə heyəti Qazaxıstan Respublikasının Birinci Prezidentinin Kitabxanasının Muzeyini də ziyarət edib.